-
- 21-04-2022, 18:38
- 725
"Qarabağdakı dağıntıların miqyası dəhşətlidir" - Beynəlxalq ekspert
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib.
News24.az xəbər verir ki, Konfrans Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və təmir problemlərinə həsr olunub.
Azərbaycan Memarlıq və İnşaat universitetinin rektoru, professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışıb.
Rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə 30 illik işğal dövründə məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir: “Bu böyük irsi bərpa etmək, abidələri əvvəlki görkəmə qaytarmaq, erməni toxunuşlarını silmək qarşımızda duran ən vacib məsələdir”.
İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı digər tarixi abidələrlə yanaşı, Bakı xanlarının sarayının bərpasının yekunlaşdığını deyib.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında beynəlxalq təşkilatların işğal olunmuş rayonlarda mədəni irsin məhv edilməsinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına məhəl qoymaması məsələsinə də toxunub.
“30 ildən sonra Azərbaycana məxsus olan əraziləri geri qaytarıldı. Bütün dünya abidələrimizin, şəhərlərimizin məhv edilməsi faktını gözü ilə gördü. Bu abidələrin dağılması ilə bağlı beynəlxalq təşkilatlara məlumat verilib. Buna baxmayaraq, ermənilər bu abidələrin bir hissəsinin dağıdıb, bir hissəsinin saxtalaşdırıb.”
Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər. Çıxış edən İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli-mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki bildirib ki, Qarabağdakı dağıntıların miqyası dəhşətlidir: "“Əvvəlki illərdə biz bu dəhşətləri uzaqdan görürdük. İndi isə əyani şəkildə bu dağıntılarla tanış ola bilirik.
Sessiyalarla davam edən konfrans həm onlayn, həm də əyani formada keçirilib.
Müxbir: Qumral ƏLİYEVA
Foto/video: Nicat NİFTƏLİYEV