"Xəzər TV" - də savaş başlayır - VİDEO
    • 21-04-2022, 17:24
    • 3 371

"Xəzər TV" - də savaş başlayır - VİDEO

Tezliklə “Xəzər  TV" - də  böyük marağa səbəb olacaq “Sükut oyunu" şousu ekranlara gələcək. 

News24.az xəbər verir ki, Azərbaycanda ilk dəfə "Xəzər TV" - də nümayiş olunacaq şou “Squid game”  filminin motivləri əsasında hazırlanıb. Şounun iştirakçıları arasında maraqlı və qeyri - adi sınaqlarda əsl savaş yaşanacaq. Oyunun qalibini isə yüksək məbləğdə pul mükafatı gözləyir. Şounun ilk iştirakçıları və mükafatın məbləği, ümumən bütün detallardan yaxın müddətdə məlumatlı olacaqsınız.

Şou "Portal Games"in dəstəyi ilə ərsəyə gəlib.