-
- 20-08-2019, 13:46
- 1 817
“Maşın” realiti şounun iştirakçı heyətinin siyahısı hazırdır
Azərbaycanın ən reytinqli və ən bahalı şousu olan “Maşın” ekranlara qayıdır.
News24.az xəbər verir ki, oktyabr ayının 1-dən etibarən ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq və 18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq.
“M Group Production”ın mətbuat xidmətindən aldığımız xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır.
Növbəti həftə isə siyahı tam versiyada hazır olacaq. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib.
“Maşın”ın sayca 18-ci sürəti olan budəfəki layihənin konsepsiyası ideya olaraq təsdiqlənib və artıq ciddi iş gedir. Gələn ay isə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın anonsu bütün TV və sosial şəbəkələri ələ almağı planlayır.