Faiq Ağayev: "Birliyimizə xor baxanlar İNDİ SEVİNİR
    • 24-04-2022, 14:40
    • 709

Faiq Ağayev: "Birliyimizə xor baxanlar İNDİ SEVİNİR"

Azərbaycanda mayın 1-dən maska tələbinin ləğv edilməsinə müxtəlif reaksiyalar gəldi. Yeni qərarla bağlı xalq artisti Faiq Ağayev də yumoristik paylaşım edib.

News24.az həmin paylaşımı təqdim edir:

"Səninlə çox çətin zamanda, hamının qorxu içində yaşayan dönəmdə tanış olduq. 
Kənardan baxanlar "heç yaraşmırlar da bir-birinə" dedi. Amma biz insanlarla dolu bu bom-boş həyatda arxa-dayaq olduq bir-birimizə. Tam olduq.
Sənə sonsuz inamla bağlandım. 

Sonra, arada məni sənsiz gəzən gördükdə, "yaraşmırlar" deyənlər, nədən ayrı qaldığımızla maraqlanmağa başladılar.
Qınadılar, dedilər "olmaz belə, cəzalandırın onu, qoy cəfasını çəksin!".
Qışqırdılar, hədə-qorxu gəldilər, daş-qalaq etməyə belə hazır idilər. 
Sevgisizlər...

Bilmədilər ki, səni canımdan iraq tutmağım, sənsiz gəzməyim - etirazımdır. Qaydalara, vəfasızlara, bəyənən və bəyənməyənlərə. Sevgililər dəli olur axı...

İndi yad əllər zorla ayırır bizi...
Daş qəlblilər...

Ayrılma tarixini bilə-bilə yaşamaq dəhşədir... Çaşqınam, heç bilmirəm ki, əbədi sənsizlik necə olacaq.
Dedilər - "unut, onsuz nəfəs almaq belə sənə rahat olacaq". 
İnsafsızlar...

İnanmaq istəmirəm. 
Birliyimizə xor baxanlar sevinir indi.
Tək qaldım...

Əlvida, maska..."