Xaçmazda qohumunu güllələyən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
    • 25-04-2022, 11:33
    • 399

Xaçmazda qohumunu güllələyən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

8 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Xaçmaz rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.