Piyadanı maşın vurub öldürdü
    • 25-04-2022, 18:20
    • 580

Piyadanı maşın vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ 2107 markalı maşın yolu keçmək istəyən Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Əmiraslan Əliyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/