Bakıda mənzildən meyit tapıldı
    • 25-04-2022, 23:28
    • 307

Bakıda mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən News24.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.