Salyanda arvadını öldürən ər saxlanıldı
    • 27-06-2021, 12:13
    • 540

Salyanda arvadını öldürən ər saxlanıldı

İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Salyan Rayon Prokurorluğundan News24.az-a verilən məlumaya görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırdacinayət işi üzrə istintaq  davam etdirilir.