Peşə məktəblərində ödənişli oxuyanlar da təqaüd alacaq
    • 26-04-2022, 15:28
    • 301

Peşə məktəblərində ödənişli oxuyanlar da təqaüd alacaq

Milli Məclis peşə məktəblərində ödənişli oxuyanlara da təqaüdün verilməsinə dair layihəni qəbul edib.

News24.az xəbər verir ki, bununla bağlı "Peşə təhsili haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsialanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.