Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - FOTOLAR
    • 26-04-2022, 17:23
    • 359

Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - FOTOLAR

Dünən Bakı-Sumqayıt yolunda 1 mopedçinin ölümü, digərinin isə xəsarət alması ilə nəticələnən ağır qəzanın təfərrüatı məlum olub.

News24.az-ın məlumatına görə, saat 16:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində - magistral yolun 20-ci kilometrliyində 2001-ci il təvəllüdlü Nurlan Alməmmədlinin idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurduğu mopedlərin yolun kənarında dayandığı məlum olub.
Belə ki, araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı mopedlər dayanmış vəziyyətdə olub.

Minik avtomobilinin mopedləri vurması nəticəsində Bakı şəhər 9-cu mikrorayon, 1997-ci il təvəllüdlü Rəşid Adıgözəlov hadisə yerind ölüb. Digər mopedçi, 1985-ci il təvəllüdlü Xırdalan şəhər sakini Vaqif Xəlilov isə xəstəxanaya aparılıb. 

Gaktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.