-
- 27-04-2022, 10:22
- 507
Azərbaycanda biabırçı hadisə - Ata 13 yaşlı qızının başına oyun açdı
Qəbələ rayonunda 2008-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs həbs edilib.
News24.az-ın məlumatına görə, Qəbələ şəhər sakini, 1977-ci il təvəllüdlü S.Ə ötən ilin avqust ayında sərxoş halda 13 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, S.Ə qonşuda kustar üsulla hazırlanmış çəkmə araq içdikdən sonra evə gəlib və həyat yoldaşının işdə olmasından istifadə edərək ağır sərxoşluq halında qızı Günelə (şərti adlı) qarşı iyrənc hərəkətlər edib. O, daha sonra spirtli içkinin təsiri altında yatıb.
Daha sonra S.Ə-nin həyat yoldaşı işdən gələndə paltaryuyan maşında mələfələrin olmasını və evdə qəribəliyin olduğunu görərək qızından nə baş verdiyini soruşub. Günel atasının ona etdiklərini və mələfənin üstünə qusduğunu deyib. Şoka düşən qadın Güneli və digər iki övladını götürərək evdən qaçaraq Bakıya gedib. Hadisə barədə hüquq-mühafizə orqanlarında araşdırmalar aparılıb.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. S.Ə törətdiyi əmələ görə çox peşman olduğunu, ilk dəfə belə bir halın olduğunu və hadisə vaxtı sərxoş olduğunu, nə etdiyini anlamadığını deyib.
Məhkəmə onun 10 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.