Ən bahalı yeməkləri qadınların hesabına yedi – Maraqlı dələduzluq - FOTO
    • 30-08-2018, 10:47
    • 1 071

Ən bahalı yeməkləri qadınların hesabına yedi – Maraqlı dələduzluq - FOTO

45 yaşlı ABŞ sakini Pol Qonzalesdən qadınlar şikayət edib.

Buna səbəb isə onun  2 il ərzində restoranlarda xanımlarla görüşərək bahalı yeməklər sifariş verməsi, daha sonra isə hesabı ödəmədən məkandan qaçması olub.

Bu zaman ərzində P.Qonzales restoranlarda 1000 ABŞ dolları dəyərində yemək yeyib və içki içib.

Zərər çəkənlər bu barədə telekanallara şikayət edib. Televiziyada məlumat yayımlandıqdan sonra restoranlar Pol Qonzalesə xidmət etməkdən imtina edib.

Hazırda polis tərəfindən saxlanılan şəxsi 13 il həbs cəzası gözləyir.