Azərbaycanda 23 yaşlı qız tüfənglə özünü öldürdü
    • 28-04-2022, 17:13
    • 341

Azərbaycanda 23 yaşlı qız tüfənglə özünü öldürdü

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Aysun Valeh qızı Ədilova yaşadığı ünvanda təklüləli ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib.

23 yaşlı A.Ədilovanın hansı səbəbdən özünü öldürməsi məlum deyil. /Report.az/