-
- 28-04-2022, 19:29
- 319
Xüsusi nümayəndələrin növbəti görüşünün vaxtı məlum oldu
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.
2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər.
Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada. /Oxu.az/