"Azərsun Sənaye Parkı”nda yanğın bir saata, saat yarıma lokallaşacaq"
    • 29-04-2022, 02:05
    • 276

"Azərsun Sənaye Parkı”nda yanğın bir saata, saat yarıma lokallaşacaq"

"Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir".

Bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir yanğın ərazisində közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib:

"Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Nazirliyin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə ETSN-in cihazları ilə birgə araşdırma aparıblar". /Report.az/