Bakıda gözəllik salonunda oğurluq edildi
    • 14-04-2022, 11:43
    • 389

Bakıda gözəllik salonunda oğurluq edildi

Bakıda gözəllik salonunda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 ABŞ dolları olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.