-
- 29-04-2022, 18:20
- 300
Masazırda 32 yaşlı kişi özündən 11 yaş böyük arvadını vəhşicəsinə döydü

News24.az xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində həyat yoldaşını yumruq və təpiklə döyərək ona müxtəlif bədən xəsarətləri yetirən 1990-cı il təvəllüdlü Sərxan Səfərova (şərti adlı) cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Sənan bu il efralın 24-də gecə saatlarında özündən 11 yaş böyük olan xanımına Masazırda yerləşən evində ailə münaqişəsi zəmində zərbələr endirərk onu döyüb. Qadının burun nahiyyəsinin, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan əzilmiş-cırılmış yarası, sıyrığı, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı-almaçıq nahiyyəsinin qançır şişkinliyi, sol gicgah və sol bud nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin sıyrığı, döş qəfəsi, sağ kürəkaltı, hər iki bazu, hər iki bud nahiyyələrinin iri ölçülü qançırları xəsarətləri alıb. Vəhşicəinə döyülən qadın gecə saatlarında 2 övladını götürək evdən qaçıb.
Məhkəmədə çıxış edən Sərxan Səfərov həyat yoldaşının ona xəyanət etməsindən şübhələndiyini deyib: “Həyat yoldaşım mənə hörmət etmir, evin böyükü kimi məni tanımır. Evimizdə həmişə qayınanamın dedikləri keçir. Son vaxtlar həyat yoldaşımın mənə xəyanət etməsindən də şübhələnmişdim”.
Zərərçəkmiş qadın isə ərinin onu mütəmadi olaraq döydüyünü, əsassız olaraq xəyanətdə ittiham etdiyini deyib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Sərxan Səfərov 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq taxılıb.