Gədəbəyə dolu düşdü
    • 29-04-2022, 20:22
    • 322

Gədəbəyə dolu düşdü

Aprelin 29-u saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Yardımlı, Lerikdə şimşək çaxıb, Şahbuz, Daşkəsən, Göy-göl, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz), Qrızda leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə yağışla birlikdə xırda dənəli dolu düşüb.

Analoji hal rayonun saat 13:35 radələrində Maarif və Daşbulaq kəndlərində də qeydə alınıb. /Apa.az/