Havada toz dumanı müşahidə olundu
    • 29-04-2022, 20:27
    • 231

Havada toz dumanı müşahidə olundu

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

Bunu News24.az -a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.