Bakıda avtomobil oğurlanıb
    • 2-05-2022, 12:47
    • 320

Bakıda avtomobil oğurlanıb

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə A.M.Şərifzadə küçəsindən Saatlı rayon sakini Y.Müslümova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev avtomobillə birgə Göyçay rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.