Ağdamda evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
    • 2-05-2022, 17:50
    • 310

Ağdamda evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Ağdam rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.

İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında  qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.
 
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.