Röya "Ağla"ya Türkiyədə klip çəkdirdi - VİDEO
    • 4-05-2022, 14:30
    • 579

Röya "Ağla"ya Türkiyədə klip çəkdirdi - VİDEO

Xalq artisti Röya Ayxan Türkiyədə lentə alınan “Ağla” adlı klipini təqdim edib.  

News24.az
xəbər verir ki, Müjdat Küpşi tərəfindən çəkilən ekran işi YouTube, Apple Music, Spotify, Deezer və digər musiqi platformalarında yerləşdirilib.  

Sözləri Cəlal Qurbanov, musiqisi Muxtar Abseynova məxsus bəstənin görüntü rejissoru Murat Tuncerdir. 

Röyanın obrazı üzərində Bener Hamamcı çalışıb, geyimlərini məşhur modelyer Gülşah Saraçoğlu hazırlayıb. 

Layihənin baş prodüseri Kənan Bayramovdur. 

Qeyd edək ki, M. Küpşi bundan əvvəl Röyanın “Xəyanət”, “Mən sənsiz”, “Sənə ehtiyacım var”, “Unutmaq lazımdır” kimi layihələrini lentə alıb.

M. Küpşi Demet Akalın, Aslı Hünel kimi tanınmış simaların kliplərini ekranlaşdırıb.