“Facebook” cərimələndi
    • 11-12-2018, 14:53
    • 773

“Facebook” cərimələndi

İtaliya hökuməti “Facebook” şirkətinin istifadəçilərinin icazəsi olmadan onların məlumatlarını öz müştərilərinə satması səbəbilə şirkəti cərimələyib.

Cərimənin məbləği 10 milyon avro təşkil edə bilər.

İtaliya hökumətinin təmsilçiləri hüquq mühafizə təşkilatının təmsilçilərinin sözlərinə görə “Facebook” şirkəti qeydiyyat zamanı istifadəçilərdən vacib məlumatları tələb edir. Bununla yanaşı şirkət istfadəçilərə həmin məlumatların gələcəkdə kommersiya məqsədli istifadəsi barədə xəbər vermir.

İtaliya “Facebook”un ictimai şəkildə bu barədə istifadəçilərdən üzr istəməyini də tələb edib. Şirkətdən isə cavab olaraq bildirib ki, hazırda bu problemin həll edilməsi üçün bir neçə qərar nəzərdən keçirilir:

Birgə səylərlə İtaliya hökumətini və hüquq müdafiəçilərini narahat edən problemlərin həll yollarını tapmağa çalışırıq. Biz bu il öz konfidensiallıq siyasətimizə yenidən nəzər saldıq və şərtləri daha şəffaf etdik. Beləliklə, istifadəçilərin öz məlumatlarından necə istifadə edildiyini və bu biznesin necə çalışdığını anlamaları daha asan oldu.

 Biz həmçinin konfidensiallıq ayarlarını da sadələşdirdik. İstifadəçilər artıq onları rahatlıqla tapa və onlardan istifadə edə bilərlər. hazırda onları təkmilləşdirməklə məşğuluq. Sizin “Facebook”dakı məlumatlarınız yalnız sizlərə məxsusdur və onlardan yalnız siz istifadə edə bilərsiniz”.