Sərxoş şəxs dostunu güllələdi
    • 9-05-2022, 17:01
    • 343

Sərxoş şəxs dostunu güllələdi

Göyçay Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən  məlumat verilib.

Araşdırmalardan məlum olub ki, H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən olunub.

Araşdırma davam etdirilir.