-
- 11-12-2018, 17:35
- 1 107
Rusiyada Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci ildönümü qeyd edilib.
Mərasim Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatcılığı ilə qeyd edilib.
Tədbirdə iştirak edən Rusiyanın və Azərbaycanın tanınmış ictimaiət və siyasərt nümayəndələri, Heydər Əliyevin məsləkdaşları tarixi şəxsiyyət haqqında fikirlərinin bölüşüb, həyat yoluna nəzər saldılar.
Tədbir Heydər Əliyevin həyatından bəhs edən filmin nümayişi ilə başlayıb. Çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin Rusiya və Azərbaycan tarixində rolunu vurğulayıb. Polad Bülbüloğlu Heydər Əliyevlə işlədiyi dövrü özü üçün bir məktəb olduğunu nəzərə çatdıraraq, ümummilli liderin mədəniyyətə xüsusi önəm verdiyini də vurğulayıb. Səfir bildirib ki, Heydər Əliyev kursu bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də qonaqlar qarşısında xatirələrini bölüşərək, Heydər Əliyevin siyasət məktəbinin müəllimi olduğunu bildiriblər. Şimali Qafqaz üzrə nazir Serqey Çebataryev, Dövlətlər Arası aviasiya komitəsinin sədri Tatyana Anodina, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şıvıdkoy isə çıxışlarında Heydər Əliyevin xatirəsinin yaşadığını, hazırkı dövürdə Azərbaycandan kənarda onun adına kücələrin verilməsini, heykəllərin ucaldılmasını ona olan məhəbbətin göstəricisi olduğunu qeyd ediblər. Gecənin sonunda isə Polad Bülbüloğlu rejissor Tofiq Şaxverdiyevə və müğənni Sərxan Sərxana Azərbaycanın “Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim edib.
//Report