Saakaşvili  həbsxanadan xəstəxanaya köçürüləcək
    • 10-05-2022, 13:38
    • 344

Saakaşvili həbsxanadan xəstəxanaya köçürüləcək

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürüləcək.

News24.az-xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün o, xəstəxanada müayinə olunacaq.