Ağcabədi ərazisində zəlzələ qeydə alınıb
    • 12-12-2018, 10:14
    • 1 459

Ağcabədi ərazisində zəlzələ qeydə alınıb

Dekabrın 12-də yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin maqnitudası 3.0, dərinliyi 24 km olub. Zəlzələ hiss olunmayıb.