Bakıda qadını soyan fəhləni belə yaxaladılar
    • 11-05-2022, 11:34
    • 390

Bakıda qadını soyan fəhləni belə yaxaladılar

Nəsimi rayon Məhkəməsində 5 ay əvvəl Salamzadə küçəsində qadını soymağa cəhd edən şəxsə hökm oxunub.

News24.az-ın məlumatına görə, hadisə dekabrn 29-da Papanin körpüsü kimi tanınan yerin yaxınlığındakı Daş bazarının qarşısında baş verib. Həmin ərazidə fəhlə kimi günəmuzd çalışan Astara sakini, əvvəllər məhkum olunmuş, 1998-ci il təvəllüdlü Yadigar Qədirov küçədə tək piyada hərəkət edən qadına hücum edərək onun çantasını zorla alaraq qaçıb. Bu zaman yaxınlıqdan keçən avtomobillərdən biri saxlayıb və maşından düşən şəxs cəl hərəkət edərək qaçan soyğunçunu tutub. Içərisində 88 manat pul olan çanta qadına qaytarılıb. 

Daha sonra hadisə barədə polisə məlumat verilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 180.1-ci (soyğunçuluğa cəhd) maddəsi ilə iş açılıb.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə 24 yaşlı Yadigara 1 il müddətinə həbs cəzası verilib.