Ermənistanda müxalifət yenidən yürüşə başlayıb
    • 11-05-2022, 17:43
    • 285

Ermənistanda müxalifət yenidən yürüşə başlayıb

Ermənistan müxalifəti hakimiyyətin istefası tələbi ilə yenidən İrəvanda yürüşə başlayıb.

News24.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, vətəndaşlar artıq yürüşdən sonra geniş mitinqin keçiriləcəyi “Fransa” meydanına toplaşmağa başlayıb.

“Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, onların məqsədi dəyişməyib – ölkə rəhbərliyi istefa verməyənə kimi vətəndaş itaətsizliyi aksiyaları davam edəcək.

“Biz nümayişə başlayır, yolları, küçə və yolayrıcılarını bağlamağa hazırlaşırıq. Biz etiraz aksiyalarına davam edirik”, - o deyib.