Ukraynada son durum açıqlandı
    • 1-03-2022, 09:40
    • 678

Ukraynada son durum açıqlandı

Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin "Facebook" səhifəsində bildirilib ki, Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar. Həmçinin S-300 zenit-raket diviziyaları üç təyyarəni məhv ediblər.

Nazirlik Kiyev yaxınlığında düşmən helikopterinin Buk M-1 zenit-raket kompleksi tərəfindən vurulduğunu da açıqlayıb.

Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib.

Hərbi Hava Qüvvələrinin Su-24m təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib.