Abşeronda avtomobil qaçıran şəxs saxlanıldı
    • 12-05-2022, 11:50
    • 291

Abşeronda avtomobil qaçıran şəxs saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
 
News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.