Xırdalanda kişi özünü qeyri-adi üsulla öldürdü
    • 12-05-2022, 12:11
    • 451

Xırdalanda kişi özünü qeyri-adi üsulla öldürdü

Xırdalanda dəhşətli intihar hadisəsi qeydə alınıb.

News24.az-ın məlumatına görə, hadisə mayın 9-da saat 10 radələrində Xırdalan şəhəri C.Novruz küçəsində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Hüseyn Eldar oğlu Pərişani küçədə şüşə parçasını götürərək boğazına soxub. O, aldığı ağır xəsarətlər səbəbindən vəfat edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.