Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı
    • 13-05-2022, 11:40
    • 219

Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.