-
- 13-05-2022, 17:36
- 949
“20 ildir bu günü gözləyirdik” – Oxuculara ŞAD XƏBƏR
Oxucuların, naşirlərin uzun müddətdir maraqla gözlədiyi hadisə reallaşıb. Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edildi. Bununla bağlı bu gün – mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzalayıb. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Bəs, bu qanunun qəbulu nələri dəyişəcək?
News24.az-ın əməkdaşı bununla bağlı məsələni aktuallaşdıran, ardıcıl olaraq gündəmə gətirən tanınmışlarla həmsöhbət olub.
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu saytımıza açıqlamasında qərarı belə dəyərləndirib: “Çox mütərəqqi bir adımdır. Hər kəsi bu münasibətlə təbrik edirəm. Təxminən 20 ildir bu günü gözləyirdik. Məlum qərar kitab inkişafına təsir edəcək, çoxlu nəşriyyatlar yaranacaq. Kitabların qiymətlərində dəyişiklik olacaq. Kitab mədəniyyətinə dəstək baxımından böyük bir addım reallaşdı”.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib ki, kitabların ƏDV-dən azad edilməsi təşəbbüsünü 10 il əvvəl irəli sürüb: “Uzun bir proses oldu. Çox sevinirəm ki, bu məsələ öz həllini tapdı. Ötən ilin sonlarında Milli Məclis və Prezident Administrasiyası 1 yanvar 2022-ci il tarixindən etibarən elektron kitablar istisna olmaqla, kitab idxalının və istehsalının ƏDV ödənişindən azad edilməsi ilə bağlı qərar qəbul etdi. Ancaq qanun icra olunmadı.
Vergi Xidmətinə, Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, ƏDV ödəməyə məcbur qaldıq. Nazirlər kabineti və Gömrük Xidməti müraciətlərimizə məhəl qoymur, Vergi Xidməti standart olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq hansısa kitab siyahısını gözlədiyi barədə cavab verirdi. Məsələ onda idi ki, qanunda “icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş kitablar siyahısı” ifadəsi var idi. Balaca bir cümlə çox böyük çətinlik yaratdı. Ancaq sonda nəticə yaxşı oldu. Buna görə də dövlət orqanlarına və müvafiq şəxslərə təşəkkürümüzü bildiririk”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, ƏDV-nin ləğvi çap medianın inkişaf yollarında yeni imkan və şərait açır: “Çünki çap məhsullarının 18 faiz ƏDV ilə ölkəyə idxal olunması qiymətlərə hədsiz dərəcədə mənfi təsir göstərirdi. Çap xərcləri çox olduğu üçün nəşriyyatları da qınaya bilmirdik. Ancaq bu gün 18 faiz ƏDV-nin ləğvi prinsipcə çap medianın vəziyyətinin yaxşıya doğru dəyişməsinə təsir göstərə bilər. Çünki burada çox böyük məbləğdən söhbət gedir”.
Baş redaktor əlavə edib ki, qərarın yeni reallığa hansı formada təsir edəcəyi nəşriyyatların çıxaracağı nəticədən asılıdır: “Biz praktikada görmüşdük ki, çap medianın inkişafı üçün qərarlar qəbul edilsə də, nəşriyyatlar qiymətləri qaldırmaqda davam ediblər. Hazırda çap medianın inkişafı və qiymətlərin aşağı salınması üçün gözəl fürsət yaranıb. Medianın İnkişafı Agentliyi böyük işi bacarıb. İllər boyu müxtəlif strukturların xətti ilə nə qədər çalışsaq da, 18 faiz ƏDV-nin ləğvinə nail ola bilmirdik. Buna baxmayaraq, son 1 ildə Medianın İnkişafı Agentliyinin bu istiqamətdə apardığı məqsədyönlü səylər öz nəticəsini verdi. Medianın İnkişafı Agentliyi və müvafiq dövlət orqanları öz üzərlərinə düşəni etdilər. Bundan sonra nəşriyyatlar çap xərclərini aşağı salsalar, verilən qərarın müsbət nəticəsindən tam danışa biləcəyik”.