Bakı Marafonu rəngarəng şou-proqramla davam edəcək - FOTO
    • 13-05-2022, 17:37
    • 509

Bakı Marafonu rəngarəng şou-proqramla davam edəcək - FOTO

Bakı Marafonu rəngarəng şou-proqramla davam edəcək.

News24.az xəbər verir ki, 15 may tarixində baş tutacaq "Bakı Marafonu-2022"nin musiqi tərəfdaşı “Araz” və “Xəzər” radiolarıdır. Qaçışçıların deyil, həm də yarışı izləməyə gələn şəxslərin əyləncəsi üçün axşam satlarına qədər Bayraq Meydanında “Əyləncə Zonası” fəaliyyət göstərəcək.

“Əyləncə Zonası”nın eksklüziv radio partnyorları "Araz" 103.3 FM və "Xəzər" 103 FM - in dəstəyi ilə marafonda möhtəşəm açıq hava konserti baş tutacaq. Konsertdə tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Nigar Camal, Tomris & PRoMete, Ayaz Babayev, Tofiq Hacıyev, Yanssel Castellon, eləcə də “The Excellent Band”, “Merry Band”, “Cahan” qrupu möhtəşəm ifaları ilə qarşınızda olacaqlar.

Zövqünüzə uyğun "playlist"i aşağıda yerləşdirilən linklərdən əldə bilərsiniz
 
“Araz” FMarazfm.az/marafon
“Xəzər” FMxezerfm.az/marafon