Göygöldə avtomobil piyadanı vuraraq öldürdü
    • 16-05-2022, 10:55
    • 272

Göygöldə avtomobil piyadanı vuraraq öldürdü

Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə News24.az-aDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 14-ü saat 22 radələrində rayonun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.