Bakıda güclü partlayış - YARALILAR VAR
    • 12-12-2018, 17:30
    • 751

Bakıda güclü partlayış - YARALILAR VAR

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

 News24.az  xəbər verir ki, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.