"Renault"ın aktivləri Rusiyaya keçdi
    • 16-05-2022, 13:46
    • 367

"Renault"ın aktivləri Rusiyaya keçdi

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Fransanın "Renault" şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiya dövlətinə keçdiyini açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı  müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Renault" Rusiya şirkətinin bütün payı Moskva bələdiyyə rəhbərliyinə verilib. 

"Renault" 6 il ərzində "Avtovaz"dakı payını geri almaq hüququna malikdir.

Qeyd edək ki, Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov aprelin 27-də "Renault"ın Rusiyadakı aktivlərinin simvolik “1 rubl” müqabilində köçürüləcəyini açıqlayıb və şirkətin Rusiyadakı fəaliyyətini dayandırdığı üçün alternativ tapmaq məcburiyyətində olduqlarını bildirib.