Daha bir ölkə COVID-19 məhdudiyyətlərini aradan qaldırdı
    • 16-05-2022, 14:02
    • 304

Daha bir ölkə COVID-19 məhdudiyyətlərini aradan qaldırdı

Avstriyada qüvvəyə minən yeni səyahət qaydalarına əsasən, COVID-19 epidemiyası səbəbindən ölkəyə daxil olarkən vaksinasiya pasportu, xəstəlikdən sağalma və test tələbi ləğv edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan yeni səyahət tənzimləməsi ilə bağlı fərman rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minib.

Bununla da, 2 ilə yaxındır ki, ölkəyə girişlə bağlı müxtəlif məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Ölkəyə səyahət edənlər heç bir sənəd təqdim etməyəcəklər.

Digər tərəfdən, fərmana əsasən, hər hansı ölkədə mümkün yeni virus variantı müşahidə olunarsa, bu ölkə və ya oxşar vəziyyətdə olan ölkələr üçün məhdudiyyətlər yenidən tətbiq olunacaq.

Buna baxmayaraq, Avstriyada ictimai nəqliyyatda, sağlamlıq mərkəzlərində və ticarət yerlərində maska taxılması hələ də tələb olunur.