Azərbaycanda  8 mart günü həyat yoldaşına “QORXUNC SÜRPRİZ” edən şəxsə hökm oxundu
    • 16-05-2022, 15:38
    • 333

Azərbaycanda 8 mart günü həyat yoldaşına “QORXUNC SÜRPRİZ” edən şəxsə hökm oxundu

Bərdə rayonunda bu ilin 8 mart tarixində həyat yoldaşını döyərək xəsarətlər yetirmiş şəxs məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, rayonun Türkmən kənd sakini, 1986-cı il təvəllüdlü Kənan Məmmədov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib.

Məlum olub ki, K.Məmmədovla həyat yoldaşı Reyhan (şərti adlı) bir neçə il əvvəl evlənsə də, onların ailəsində daim söz-söhbətlər olub. Bu səbəbdən Reyhan ötən ildən azyaşlı qızı ilə birlikdə anasıgilin kəndinə qayıdaraq onlar üçün həyətdə inşa edilmiş tikilidə yaşamağa başlayıb. Bu ilin martın 8-d isə Kənan qızını təbrik etmək və ona pul verəcəyini deyərək ayrı yaşadığı həyat yoldaşının olduğu evə gedib. Lakin Reyhan qapını açmayıb, bir qədər sonra, yəni gecə saatlarında isə Kənan ağacla Reyhanın yatdığı otağa daxil olaraq onun başına və bədəninə ağac budağı ilə zərbələr endirib. Qadının “öldüm-öldüm” deməsindən sonra Kənan qaçaraq evi tərk edib.

Reyhan Məmmədova hadisədən sonra xəstəxanaya aparılıb. O, daha sonra polisə ərindən şikayət edib.

Bərdə rayon Məhkəməsindəki iclasda qadın ərindən şikayətçi olduğunu deyib. Məhkəmənin hökmü ilə Kənan Məmmədova 8 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.