Azərbaycanda dəhşətli hadisə - Keçmiş arvadını gecəyarısı boş sahəyə apardı və...
    • 7-02-2022, 10:31
    • 857

Azərbaycanda dəhşətli hadisə - Keçmiş arvadını gecəyarısı boş sahəyə apardı və...

Avqustun 23-d Bərdə rayonunda keçmiş həyat yoldaşı 2002-ci il təvəllüdlü Aytac Səlimovanı (şərti adlı) bıçaqlayan 1988-ci il təvəllüdlü Rəşad Səlimov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ümumi rejimli müəssisədə çəkməyə məhkum edilib.

Məhkəmədə məlum olub ki, Rəşad həyat yoldaşından ötən ilin may ayında boşanıb, lakin bundan sonra onunla əlaqəni kəsməyib. O, keçmiş həyat yoldaşı ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində 23 avqust 2021-ci il tarixdə gecə saat 00-20 radələrində sonuncunu yaşadığı Bərdə rayonunun Əliyanlı kəndindən idarə etdiyi Hyundai markalı maşnla Aytaca ona deyiləcək sözlərinin olduğunu deyərək yaşadığı ata evindən çıxarıb. Keçmiş həyat yoldaşını maşında otuzduran şəxs onunla bir kənara çıxıb söhbət etmələrini bildirib razılığını alaraq Yeni Ağalı kəndi ərazisində yerləşən kimsənin olmadığı yerə-pambıq sahəsinin kənarına gətirib. Saat 01 radələrində həmin yerdə avtomobildən düşürərək Rəşad Aytacı boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməsini, himayəsində bir azyaşlı qız uşaqları olmasını, azyaşlı uşağı ilə onun görüşməsinə hansı səbəbdən imkan verməməsini və belə tərzdə hərəkətlərə yol verməsini irad tutub səbəbini soruşub. Aytac isə artıq onların boşanmış olduqlarını, onun şəxsi işlərinə qarşımamasını bildirib. Bu zaman Rəşad özü ilə gətirdiyi bıçaqla qadına xəsarət yetirib. 

Bundan sonra R.Səlimov keçmiş həyat yoldaşını maşına qoyaraq yaşadığı evə gətirib.

Həmçinin ona bildirib ki, bıçaqlanması barədə heç kimə deməsin. Həmin gecə bıçaqlandığını ailə üzvlərindən gizlədən Aytac səhəri günü ağrılarnın şiddətlənməsi ilə bağlı ailə üzvlərinə deyib və o, xəstəxanaya aparılıb. Xəstəxanada Aytacın xəsarətinin ağır olduğu məlum olub və dərhal əməliyyat edilib. 

Məkəmədə o da məlum olub ki, 2002-ci il təvəllüdlü Aytac Rəşadla 2018-ci ildə ailə həyatı qurub və onların bir qızı dünyaya gəlib. Lakin sonradan onların arasındakı münasibət pozulub və rəsmən boşanıblar.

Bıçaqlanma hadisəsindən bir neçə gün əvvəl isə Aytacın qardaşı Ayxan keçmiş yeznəsi Rəşadla dalaşıb. Bacısının ailəsinə sahib çıxmadığına görə Rəşadla dalaşan Ayxan bıçaqla onun əlinə xəsarət yetirib.

Qeyd edək ki, məhkəmə prosesində zərərçəkən tərəf təqsirləndirilən şəxslə barışdığını bildirib və ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə Rəşad Səlimovu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.