Bərdədə ağır qəza, ölən və yaralanan var
    • 17-05-2022, 10:48
    • 307

Bərdədə ağır qəza, ölən və yaralanan var

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində baş verib.

Kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.