"Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını gözləyirik" - XİN
    • 7-04-2022, 10:53
    • 452

"Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını gözləyirik" - XİN

Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünü qeyd edir.

News24.az xəbər verir  ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik” - paylaşımda bildirilib.