Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO
    • 18-05-2022, 16:29
    • 403

Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO

Sosial şəbəkələrdə Bərdədə küçə itlərinin kütləvi öldürüldüyü görüntülər yayılıb.

News24.az xəbər verir ki, Sakinlər iddia edir ki, itləri güllələyiblər, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. /Oxu.az/