-
- 18-05-2022, 17:58
- 369
Maşınla onu keçən yaşlı kişini ölümcül hala saldı
Şəmkirdə 62 yaşlı kişiyə ölümcül xəsarətlər yetirən Düyərli kənd sakini, 2000-ci il təvəllüdlü Məftun Muradov həbs edilib.
News24.az xəbər verir ki, 22 yaşlı oğlan barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Məftun keçən il sentyabrın 10-da sürücülük vəsiqəsi və etibarnamə olmadan atasına məxsus “Vaz” markalı avtomobili götürərək 3 dostu ilə birgə gəzintiyə çıxıb. O, maşını Sabirkənd kəndi istiqamətinə yolun kənarı ilə asta sürətlə idarə edərkən 1962-ci il təvəllüdlü Çingiz Sərkərov idarə etdiyi “Lada Granta” markalı avtomobillə onların olduğu “VAZ” markalı maşını keçib. Çingizin maşınla onları keçməsi Məftunun xoşuna gəlməyib və gecə saat 23 radələrində o, sürəti artıraraq Çingizin sürdüyü maşının qarşısın kəsib. Avtomobildən düşən Məftun küt alətlə hücum edərək “Ay bala kimsiniz, nə istəyirsiniz” deyən Çingizin başına zərbələr endirib. Kəllə sümüyü, gicgah sümüyü snan, ölümcül xəsarətlər alan 62 yaşlı kişi huunu itirərək yıxılıb. Onun öləcəyini düşünən dostlar huşsuz halda və qan içində qalan kişini maşına qoyaraq onu yaşadığı kəndə evinə gətiriblər. Burada dostlar Çingizin yolda idarəetməni itirib maşından yıxıldığını və onu yol kənarında tapdıqlarını deyiblər.
Bir müddət sonra ayılan şəxs isə əslində Məftun tərəfindən vurulduğunu deyib və dərhal polisə hadisə barədə məlumat verilib.
Şəmkir rayon Polis Şöbəsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vuran gənc oğlan barəsində iş açılıb.
İşə bir neçə gün əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb və Məftun Muradova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.