-
- 17-02-2022, 12:57
- 549
Azərbaycanda toy günü faciə yaşandı – Bəyin babası öldü
Ötən il iyulun 18-də Qəbələ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, həmin gün saat 19 radələrində İsmayıllı-Qəbələ yolunun Qəbələnin Zarağan kəndindən keçən hissəsində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini, 1944-cü il təvəllüdlü Sədiyar Vəliyevi vurub. Nəticədə piyada dünyasını dəyişib.
İlkin araşdırma zamanı hadisəni törədən 1992-ci il təvəllüdlü sürücünün taksi sürücüsü kimi darə etdiyi avtomobili sürücülük vəsiqəsi olmadan sürdüyü məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Araşdırma zamanı məlum olub ki, hadisə günü S.Vəliyev kənddən Qəbələ şəhərinə nəvəsinin toyuna gedib. Belə ki, həmin gün onun oğlunun oğlunun qız toyu olub və məclisdən sonra 1944-cü il təvəllüdlü kişi yolda maşından düşərək Zarağan kəndindəki aptekə gedib dərman almaq istəyib. O, yolu keçərkən A.Məmmədovun sürdüyü maşının zərbəsinə tuş gəlib və aldığı xəsarətlərdən vəfat edib.
Qəbələ rayon Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda A.Məmmədovun 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 4 il müddətinə sürücülük hüququndan məhrum edilməsinə qərar verib. Təqsirləndirilən şəxsin cəzasının ümumi rejimli müəssisədə çəkməsinə qərar verilib və o, məhkəmə zalındaca həbs edilib.