Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürdü
    • 20-05-2022, 10:40
    • 314

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürdü

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə ötən gün saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.