Bakıda qoyun oğrusu SAXLANILDI
    • 23-05-2022, 10:34
    • 176

Bakıda qoyun oğrusu SAXLANILDI

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Qala qəsəbəsində yaşayan F.Qurbanovun həyətindən 15 baş qoyunun oğurlanması barədə müraciət daxil olub. 

DİN-dən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.