Bakıda evdən 62 min dollar OĞURLANDI
    • 23-05-2022, 10:53
    • 216

Bakıda evdən 62 min dollar OĞURLANDI

Bakıda mənzildən 62 min dollar oğurlanıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıb.