Bakıda lift mühərriki oğurlandı
    • 10-05-2022, 10:24
    • 242

Bakıda lift mühərriki oğurlandı

Xətai RPİ-nin 35-ci Polis Bölməsinə mayın 8-də Gəncə prospektindəki binalardan birinin liftindən 1600 manat dəyərində 16 ədəd mühərrik dayağının oğurlanması barədə müraciət daxil olmuşdur. 

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.